...

"Azərbaycan başqa dövlətin forpostu deyil və Bakıda da Corc Buş prospekti yoxdur" - hakim partiya funksioneri

Siyasət Materials 2 Aprel 2008 17:47 (UTC +04:00)
"Azərbaycan başqa dövlətin forpostu deyil və Bakıda da Corc Buş prospekti yoxdur" - hakim partiya funksioneri

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir S.İlhamqızı/ Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Avropanın beynəlxalq strukturları Azərbaycana münasibətdə ikili standartlarla çıxış edirlər.

"Azərbaycan xalqı öz təfəkkürünə, təhsilinə, mədəniyyətinə görə Avropa xalqları ilə eyniləşdirilə bilər" -deyə Novruzov çərşənbə günü Bakıda Böyük Britaniyanın "Links" təşkilatının təşəbbüsü ilə "Azərbaycan və Avropa 2008" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Novruzov qeyd edib ki, Azərbaycan NATO-nun bütün proqramlarında iştirak edir, Ermənistan isə yox. Lakin NATO bu iki dövlətə eyni cür münasibət göstərir. "Azərbaycanın himayəçisi yoxdur, heç kimdən asılı deyil. Azərbaycan, Ermənistan kimi, başqa dövlətin forpostu deyil, Bakıda da, Gürcüstandakı kimi. Corc Buş prospekti yoxdur"-deyə Novruzov bildirib.

YAP funksioneri əlavə edib ki, Azərbaycanda seçkilər Gürcüstan və Ermənistandakı seçkilərdən qat-qat demokratik keçirilir. O, qeyd edib ki, Azərbaycanda seçki prosesinə 4 ay sərf olunur, Gürcüstanda isə, son prezident seçkisi ay yarım müddətinə təyin olundu və keçirildi.

Gürcüstanın Azərbaycankı səfirliyinin əməkdaşı Novruzovun çıxışına etirazını bildirib və qeyd edib ki, ölkəsindəki növbədənkənar prezident seçkisi forsmajor vəziyyətdə təyin olundu: "Hər bir ölkə problemlərini özündə axtarmalıdır. Gürcüstanın indiyədək 3 min əsgəri İraqda qulluq edib, Gürcüstan Avropa ölkəsidir və hazırda NATO-ya üzv qəbul edilməsini gözləyir"-deyə diplomat bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti