...

Respublika Prokurorluğu jurnalistin homoseksualist tərəfindən bıçaqlandığını bildirir

Siyasət Materials 7 Aprel 2008 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Respublikası Baş Prokurorluğu "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanması barədə rəsmi məlumat yayıb. Trend un məlumatına görə, Respublika Prokurorluğu jurnalisti bıçaqlayan şəxsin - Sergey Strekalik adlı şəxsin təqsirləndirilən şəxs qismində yaxalandığını bildirir.

Rəsmi məlumata əsasən, Sergey öz ifadələrində Aqil Xəlillə qeyri-ənənəvi intim münasibətlərdə olduğunu və martın 13-də qısqanclıq zəmnində ona bıçaqla xəsarət yetirdiyini deyib.

Yaxalanmış şəxs Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır xəsarət yetirmə və satış məqsədi olmadan qanunsuz şəkildə narkotik vasitələri əldə etmə və saxlanma maddələrində təqsirləndirilib və barəsində məhkəmə tərəifndən həbs qətimkan tədbiri seçilib. "İstintaq tərəfindən toplanmış çoxsaylı təkzibedilməz sübutlarla hadisənin Aqil Xəlilovun jurnalist kimi peşə fəaliyyəti ilə deyil, onun əxlaq normalarına sığmayan hərəkətləri nəticəsində, qeyri-ənənəvi orietansiyaya mənsub şəxslərlə ünsiyyətindən irəli gələn münasibətlər zəminində intiqam almaq niyyəti ilə baş verdiyi müəyyən edilib"- deyə məlumatda bildirilir.

Həmçinin, bildirilir ki, "Azadlıq" qəzetinin rəhbərliyi ibtidai istintaq məlumtalarını yaymaqla qanunun tələblərini pozub.

"Azadlıq" qəzetinin direktoru Azər Əhmədov iki gün əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, Aqil Xəlil prokurorluq əməkdaşları tərəfindən şantaj olunub və onun guya "mavi" olmasına dair kampaniya aparılacağını deyiblər.

Əhmədov bunu jurnalistə qarşı çirkin kampaniya və "Azadlıq" qəzetinin bağlanılması cəhdi kimi qiymətləndirir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti