...

Azərbaycanın iqtidaryönlü partiyası daxilində narazılıq yaranıb

Siyasət Materials 8 Aprel 2008 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend ", müxbir Q.Cəbiyev/ İqtidaryönlü Ana Vətən Partiyasında (AVP) sədrliyə seçkilər uğrunda fakir ayrılığı yaranıb. "Partiyanın iyunda keçirilməsi planlaşdırılan qurultayında sədrlik postuna Fəzail Ağamalıdan başqa heç kimin namizədliyinin irəli sürülməməsi yaxşı hal deyil" çərşənbə axşamı Trend a partiyanın sədr müavini, millət vəkili Zahid Oruc bildirib.

AVP sədri Ağamalı Trend a isə bildirmişdi ki, partiyada onu əvəzləyəcək şəxs yetişməyib və ona görə də qurultayda sədr dəyişikliyi baş verməyəcək.

Oruc bildirib ki, hər bir partiyanın və onun sədrinin gücü ətrafında toplaşmış şəxslərin potensialına uyğun iddialarının olmasındadır. "Bu yoxdursa, onda həqiqətən də mənim pislədiyim müxalifətdən nə fərqimiz var?" Oruc əlavə edib.

AVP sədrinin müavini qeyd edib ki, siyasi islahatlar tələb edən qüvvələrdən birinci növbədə özlərindən başlamalarını istədikdə, buna qadir olmadıqları bəlli olur. "Partiya sədrləri ömürlük seçildiklərini düşünürlər. Ya özlərinin ətrafında onları əvəz edə biləcək insanların formalaşmasında maraqlı olmayıblar, ya da belə insanlar varsa, onları neytrallaşdırmaq üçün addımlar atıblar" Oruc əlavə edib. Onun sözlərinə görə, AVP-nin elitasında təmsil olunan bir çox şəxs var. Partiyanın kifayət qədər siyasi fəaliyyət təcrübəsi mövcuddur və burada olanların hamısını cəmiyyətə daşıya bilmədik. Sədr müavini hesab edir ki, AVP-nin Mərkəzi Şurasında olan 14-ə qədər üzvünün hər birini cəmiyyət tanımır. Bu həm onların nöqsanı, həm də partiya rəhbərliyinin siyasi problemidir ki, onları təqdim edə bilməyib.

Oruc vurğulayıb ki, AVP üzvlərinin partiya rəhbəri olmaq səviyyəsində iddialılarının ortada olmamasının bir sıra səbəbləri var. Bunlardan biri hər seçkidə hakimiyyətin namizədini müdafiə edən partiyanın qələbə qazanmasıdır.

Oruc qurultayda sədrliyə namizədliyini irəli sürməyəcəyini və ona səs verəcəyini deyib. Ancaq bu heç də o demək deyil ki, partiya sədrliyinə alternativlik olmamalıdır. Onun fikrincə, sədrliyə başqa alternativlərin olmasına imkan yaratmaq lazımdır.

AVP Ağamalı tərfindən təsis olunub və o, 17 ildir partiyanın sədridir. Partiya hakimiyyətin siyasi xəttini müdafiə edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti