...

lənkərana iki yanğinsöndürmə avtomobili gətirilib

Siyasət Materials 9 Aprel 2008 22:48 (UTC +04:00)

Azərbaycan, Lənkəran. 9 aprel / Trend müxbir P.Əliyeva / Fövqəlada Hallar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinə Fransa istehsalı olan "Komiko" şirkətinə məxsus "İveko" markalı 2 avtomobil gətirilib. Avtomobillərdən biri 6 tonluq su tutumuna malik 3 nəfərlik köməkçimaşın, digəri isə 3,5 tonluq su tutumluq 7 nəfərlik maşındır. Hər iki avtomobil  bütün yanğınsöndürmə avadanlıqları ilə təmin olunub.

Bu barədə məlumat verən Lənkəran yanğından mühafizə hissəsinin rəisi Rəcəb Əhədovun sözlərinə görə yeni maşınların Rusiyada istehsal olunanlardan fərqi suyun çənlərə doldurulması, təhlükəsizliyin təmini, yanacağa qənaət və s. Birincilər  100 km-ə 45 litr yanacaq sərf edirsə, yeni maşınlar 25 litr yandırır. Avtomobillər kompüter sistemi ilə təmin olunub və su çəni çürüməyən metaldandır.

Xəbər lenti

Xəbər lenti