...

Azərbaycanla Beynəlxalq Qızıl Xaç Komitəsi arasında Qarabağ münaqişəsi zamanı itgin düşənlərlə bağlı saziş imzalanıb

Siyasət Materials 14 Aprel 2008 12:54 (UTC +04:00)
Azərbaycanla Beynəlxalq Qızıl Xaç Komitəsi arasında Qarabağ münaqişəsi zamanı itgin düşənlərlə bağlı saziş imzalanıb

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın Əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itgin düşmüş şəxslər haqqında Ante Mortem məlumatlarının toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə" çərçivə sazişi imzalanıb.

Bazar ertəsi keçirilən tədbirdə çıxış edən Azərbaycanın milli təhlükəsizlik naziri, komissiyanın sədri Eldar Mahmudov bildirib ki, "Ermənistanın Azərbaycana təcavüzü nəticəsində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub".

Hazırda 4360 Azərbaycan vətəndaşı itgin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 783 nəfərin Ermənistan hərbçiləri tərəfindən əsir və girov götürülməsi barədə şahid ifadələri var.

Mahmudov deyib ki, imzalanan çərçivə sazişi itgin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün yeni imkanlar yaradacaq.

Tədbirdə çıxış edən Əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şain Sayılov deyib ki, Dövlət Komissiyasında və Beynəlxalq Qızıl Xaç Komitəsində olan mövcud siyahılarda dəqiqləşmə işinə ciddi diqqət yetirilir. O, 1062 nəfər barədə dəqiqləşdirilmiş məlumatların Beynəlxalq Qızıl Xaç Komitəsinə göndərildiyini, itgin düşmüş şəxs kimi qeydiyyatda olan 231 nəfərin taleyinə aydınlıq gətirildiyini bildirib. Onun sözlərinə görə, son illər aparılan araşdırmalar nəticəsində 97 Azərbaycan vətəndaşının hərbi əməliyyatlar zamanı sağ qalaraq işğal olunmuş ərazilərdə qaldığı təsdiq edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti