...

İranın dinc nüvə proqramı regionda sülh və sabitliyin yaranmasına yardım edə bilər – Azərbaycan XİN

Siyasət Materials 14 Aprel 2008 15:56 (UTC +04:00)
İranın dinc nüvə proqramı regionda sülh və sabitliyin yaranmasına yardım edə bilər – Azərbaycan XİN

Azərbaycan, Bakı, 14 aprel/ Trend , müxbir K.Ramazanova/ İranın dinc nüvə proqramı regionda sülh və sabitliyin yaranmasına yardım edə bilər. Bu barədə bazar ertəsi mətbuat konfransında Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim məlumat verib.

"Azərbaycan regionda sülh və sabitliyin təmin edilməsinin tərəfdarıdır", - İbrahim bildirib.

Onun sözlərinə görə, Azərbaycan regionda gərginliyin yaradılmasının əleyhinədir.

ABŞ və digər ölkələr şübhələnirlər ki, İran dinc nüvə proqramı altında gizli şəkildə atom silahının yaradılmasına can atır. Lakin Tehran bu ittihamları rədd edir və bildirir ki, onun atom proqramı ölkənin elektrik enerjisinə olan tələbatının ödənilməsinə istiqamətlənib.

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bir müddət əvvəl Birləşmiş Ştatlar və Rusiya arasında Azərbaycandakı Qəbələ radiolokasiya stansiyasından birgə istifadə üzrə danışıqları şərh edərək Azərbaycanı İran tərəfdən gələn təhlükəyə qarşı mübarizə üçün səylərini birləşdirməyə çağırıb.

"Biz hesab edirik ki, ABŞ, Avropa və Rusiya üçün İran tərəfdən təhlükə var və buna görə Azərbaycanı bu təhlükəyə qarşı birgə işləməyə çağırırıq", - səfir bildirib.

Qəbələ RLS Azərbaycanın şimal-qərbində yerləşir. Stansiya sovet dönəmində SSRİ-nin raketdən müdafiə sisteminin vacib elementlərindən biri kimi yaradılıb. Bu gün Rusiya ballistik raketlərin buraxılışının izlənməsi üzrə Rusiya sisteminin tərkib hissəsi olan Qəbələ RLS-ni icarə edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti