...

Azərbaycanın Yaşıllar Partiyası prezidentliyə müxalifətçi namizədi dəstəkləyə bilər

Siyasət Materials 16 Aprel 2008 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Yaşıllar Partiyası qarşıdan glən prezident seçkisində Azərbaycan Demokrat Partiyasının (ADP) prezidentliyə namizədini dəstəkləyə bilər. Bu barədə çərşənbə günü Trend a Yaşıllar Partiyasının sədri Mais Güləliyev məlumat verib.

ADP Ali Məclisinin iclasında partiya sədri Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyinin irəli sürüləcəyi barədə qərar qəbul olunub.

Güləliyevin sözlərinə görə, Yaşıllar Partiyasının bir çox məsələlərdə mövqeləri ADP ilə üst-üstə düşür.

"Partiyanın əksər üzvləri prezident seçkilərində ideoloji baxımdan Yaşıllar Partiyasına yaxın olan partiyanın namizədini dəstəkləməyin tərəfdarıdır - deyə Güləliyev bildirib.

Güləliyevin qeyd etdiyi kimi, Yaşıllar Partiyasının prezident seçkisində hansı formada iştirak etməsi ilə bağlı yekun qərarı aprelin 19-da partiyanın Ali Məclisinin iclasında qəbul ediləcək.

"Ali Məclisin iclasında partiyanın prezident seçkilərində iştirakının üç variantı - öz namizədilə iştirakı, başqa namizədin dəstəklənməsi və seçkinin boykot edilməsi müzakirə olunacaq" - deyə Güləliyev deyib.

Onun qeyd etdiyi kimi, prezident seçkisində iştirakın hər üç variantı partiyada mübahisə doğurub.

Azərbaycanın Yaşıllar Partiyası 2007-ci ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti