...

Dövlətlərin ərazi bütövlüyünün etnik şərtlərdən asılılığı yolverilməzdir – Bolqarıstanın XİN başçısı

Siyasət Materials 19 Aprel 2008 11:48 (UTC +04:00)
Dövlətlərin ərazi bütövlüyünün etnik şərtlərdən asılılığı yolverilməzdir – Bolqarıstanın XİN başçısı

Azərbaycan, Bakı, 19 aprel / Trend , müxbir S.Ağayeva / Bolqarıstanın XİN başçısı hesab edir ki, dövlətlərin ərazi bütövlüyünün etnik şərtlərdən asılılığı yolverilməzdir. Bu barədə Bolqarıstanın xarici işlər naziri İvaylo Kalfin Sofiyada rəsmi səfərdə olan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü zamanı bəyan edib.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən şənbə günü verilən məlumata görə, Bolqarıstanın XİN başçısı təsdiq edib ki, Kosovo üzrə münaqişənin nizamlanma modeli nadirdir və digər münaqişələr üçün, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üçün presedent ola bilməz.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə:

Xəbər lenti

Xəbər lenti