...

Daşkəsəndə silah-sursat aşkarlanıb

Siyasət Materials 19 Aprel 2008 13:24 (UTC +04:00)

Azərbaycan, Gədəbəy, 19 aprel / Trend ", müxbir G.Rafiqqızı/ Azərbaycanın paytaxtı Bakıdan 420 kilometr qərbdə yerləşən Daşkəsən rayonunda silah-sursat aşkarlanıb. Daşkəsən rayon Polis Şöbəsinin rəis müavini İqbal Əliyev şənbə günü jurnalistlərə bildirib ki, polis əməkdaşları rayon ərazisindən bir qumbaraatan, bir 7,62 kalibrli Kalaşnikov avtomatı, 3 TOZ markalı yivli tüfəng, bir süngü, üç əl qumbarası, bir xaricdə istehsal olunmuş tapança və xeyli saylı müxtəlif çaplı patron aşkarlayaraq götürüb.

Silahların hamısının işlək vəziyyətdə olduğunu deyən Əliyev deyib ki, Daşkəsən rayonu Ermənistanla 8 kilometr, Kəlbəcər rayonu ilə 24 kilometr sərhəddə yerləşdiyindən, döyüş sursatlarının Dağlıq Qarabağ münaqişəsindən qaldığı ehtimal edilir. Onun sözlərinə görə, tapılan silah-sursatların hər hansı cinayət faktlarında istifadə olunub-olunmaması ekspertiza tərəfindən araşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti