...

Bakı-Əmman aviareysi açılacaq – səfir

Siyasət Materials 21 Aprel 2008 18:05 (UTC +04:00)
Bakı-Əmman aviareysi açılacaq – səfir

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir S.Ağayeva/ Mayın 1-dən iki dövlət - Azərbaycan və İordaniyanın paytaxtlarını birləşdirəcək Bakı-Əmman yeni aviareysi fəaliyyətə başlayacaq.

Azərbaycanın İordaniyadakı səfiri Elman Arazlı bazar ertəsi Trend a bildirib ki, iki tərəfi birləşdirəcək birbaşa aviareysin açılması İordaniya biznesmenlərinin Azərbaycan iqtisadiyyatına kapital yatırımlarının artmasına imkan yaradacaq, eyni zamanda iki dövlət arasında ticarət dövriyyəsinin həcmi və turistlərin sayı artacaq. Bu günə qədər İordaniyaya səfər etmək niyyətində olanlar bunu İstanbul (Türkiyə) vasitəsilə həyata keçirirdilər.

Həftədə iki dəfə həyata keçiriləcək reyslərdə İordaniya Milli Aviaşirkətinin təyyarələrinin xidmətindən istifadə olunacaq. Gəlirlilik olacağı təqdirdə tərəflər reyslərin sayının artırılması məsələsini nəzərdən keçirəcəklər. Səfir bildirib ki, gələcəkdə əlavə reyslərin Azərbaycanın Milli Aviaşirkətinin (AZAL) təyyarə parkının hesabına həyata keçirilməsi gözlənilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan

Xəbər lenti

Xəbər lenti