...

Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Siyasət Materials 22 Aprel 2008 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel/ Trend / Aprelin 23-də saat 11:00-dən 12:30-dək Bakı Fond Birjasında Milli Bankın qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə birjanın çərşənbə günü yayılmış məlumatında bildirilib.

Notların dövlət qeydiyyat nömrəsi 50101619S, ümumi həcmi 50 000 000 AZN, hərraca çıxarılan həcm 35 000 000 AZN, bir notun nominal dəyəri - 200 AZN, notların tədavül müddəti - 28 gündür.

Hərrac zamanı, notlar buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Ödəniş müddəti - 21 maydır.

Xəbər lenti

Xəbər lenti