...

Azərbaycanda keçiriləcək hərbi paradda bütün növ hərbi texnika nümayiş etdiriləcək

Siyasət Materials 26 Aprel 2008 11:59 (UTC +04:00)
Azərbaycanda keçiriləcək hərbi paradda bütün növ hərbi texnika nümayiş etdiriləcək

Azərbaycan, Bakı, 26 aprel / Trend , müxbir E.Hüseynli/ Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi münasibətilə Bakıda iyunun 26-da son 16 ildə keçiriləcək ilk hərbi paradda ölkəyə məxsus bütün növ hərbi texnika nümayiş etdiriləcək. Bu barədə şənbə günü Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib.

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Milli Ordunun yaranmasının 90 illik yubileyi ilə əlaqədar hərbi paradın keçirilməsi barədə göstəriş verib.

Azərbaycanda sonuncu dəfə hərbi parat 1992-ci ildə keçirilib.

1918-ci il iyunun 26-da Azərbaycan Cümhuriyyət hökumətinin qərarı ilə Milli Ordunun formalaşdırılmasına başlanılıb və əsasən azərbaycanlılardan ibarət olan Müsəlman korpusu-Əlahiddə Azərbaycan Korpusu yaradılıb və bununla da Azərbaycan Milli Ordusunun əsası qoyulub.

Həmin il sentyabrın 1-də Azərbaycanda Hərbiyyə Nazirliyinin yaradılması haqqında da qərar qəbul olunur. Hökumətin fərmanı ilə dekabrın 25-də general Səmədağa Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sülkeviç Baş qərargah rəisi təyin edilir.

Sabiroğlu deyib ki, "Azadlıq" meydanında keçiriləcək hərbi paradda ağır texnikalar, o cümlədən müxtəlif növ tanklar, toplar, hərbi aviasiyaya məxsus qırıcı təyyarələr nümayiş etdiriləcək. Onun sözlərinə görə, artıq Müdafiə Nazirliyi texniki və şəxsi heyətin hazırlıq işlərinə başlayıb. "Hərbi paradda bütün dünya Azərbaycanın hərbi gücünün şahidi olacaq" Sabiroğlu əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti