...

Dəməşq Türkiyənin İsrail və Suriya arasındakı sülh vasitəçiliyinə ümidlə yanaşır – ekspertlər

Siyasət Materials 28 Aprel 2008 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir R.Hafizoğlu, R.Abdullayev/ Dəməşq Suriya prezidenti Bəşşar Əsəd ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında işğal olunmuş Colan təpələrinin qaytarılmasına dair keçirilən görüşü birmənalı müsbət qiymətləndirməsə də, problemin qismən də olsa həll ediləcəyinə ümidlə yanaşır.

"Dəməşq Türkiyənin Suriya və İsrail ilə sülh vasitəçiliyinə ümidlə yanaşır"-deyə, Suriya parlamentinin adının açıqlanmasını istəməyən rəsmisi Trend -a bildirib.

Suriya prezidenti Əsəd Qətərin "Əl-Vətən" agentliyinə verdiyi müsahibəsində deyib ki, Türkiyənin Baş naziri Ərdoğan ilə görüşündə İsrailin Colan təpələrini Suriyaya qaytarmağa hazır olduğunu bildirib. Bu haqda məlumatı aprelin 26-də Əl-Cəzirə telekanalı verib.

"Biz Ankaranın sülh təşəbbüsünü yüksək qiymətləndiririk"-deyə Suriya parlamenti mətbuat katibliyinin adının açıqlanmasını istəməyən rəsmisi bazar ertəsi Dəməşqdən telefonla bildirib. O hesab edir ki, Türkiyə İsraillə siyasi və hərbi sahədə müttəfiq olmasına baxmayaraq, ərəb ölkələr ilə də yüksək səviyyədə diplomatik əlaqələrə malikdir. "Türkiyənin İsraillə siyasi və hərbi sahədə müttəfiq olmasına baxmayaraq, ərəb ölkələr ilə də yüksək səviyyədə diplomatik əlaqələrə malik olması, Ankaranın regionda sülh missiyasını yerinə yetirməyə imkan verir" - deyə o əlavə edib. Onun fikrincə, Dəməşq İsrail ilə yaranmış gərgin münasibətlərin Türkiyənin vasitəsilə qismən də olsa həll ediləcəyinə və İsrailin Suriyaya qarşı siyasətinin yumşalacağına ümid edir.

"Əsəd ilə Ərdoğanın görüşünün nəticələri barədə əvvəlcədən bir şey söyləmək çox tezdir"-deyə İsraildən adının açıqlanmasını istəməyən türk rəsmisi bazar ertəsi Trend -a bildirib.

Onun sözlərinə görə, Suriya gizli danışıqların əleyhinə olduğu üçün rəsmi Dəməşq keçirilən görüşlərdə ABŞ -ın rəsmi nümayəndələrinin iştirakını istəyir.

Türkiyə rəsmisinin sözlərinə görə, ölkəsinin Baş naziri prezident Əsədi Dəməşq-İsrail danışıqlarında daha fəal olmağa çağırıb. "Türkiyə Bəşşar Əsədə İsrail və Suriya arasındakı danışıqların daha səmərəli olması üçün görüşlərin nazirlər səviyyəsində keçirilməsini də təklif edib"-deyə o qeyd edib.

Ekspert hesab edir ki, Türkiyə-İsrail əməkdaşlığı Ankaraya regionda, o cümlədən ərəb dünyası ilə xüsusi sülh missiyasını yerinə yetirməyə imkan verəcək.

Material hazırlandığı zaman məsələ ilə bağlı İsrail XİN-in mətbuat katibliyindən açıqlama verməkdən çəkiniblər.

Suriya prezidenti Əsəd aprelin 25-də keçirdiyi mətbuat konfransında Ankaranın Suriya və İsrail arasında 2007-ci il aprelin 27-dən sülh vasitəçilyi rolunu həyata keçirdiyini bildirib.

Suriyaya məxsus olan Colan yüksəklikləri 1967-ci ildə İsrail tərəfindən işğal edilib.

Məqalənin müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti

Xəbər lenti