...

Heydər Əliyev Azərbaycanda tolerantlığın banisidir - Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri

Siyasət Materials 29 Aprel 2008 13:46 (UTC +04:00)
Heydər Əliyev Azərbaycanda tolerantlığın banisidir - Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri

Azərbaycan, Bakı, 29 aprel / " , müxbir S.Ağayeva/ Heydər Əliyev Azərbaycanda tolerantlıq ideologiyasını yaradıb və onun apardığı siyasət nəticəsində ölkə bu gün bütün dünyada tolerantlıq nümunəsidir. Bu barədə çərşənbə axşamı respublika Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bildirib.

"Hazırda Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri sülh şəraitində yaşayırlar və bunda Heydər Əliyevin böyük xidməti var", Mehdiyev ümummilli liderin 85 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və milli-mənəvi dəyərlər" kitabının təqdimat mərasimində çıxış edərkən bildirib.

Ərəb müəllifi, Küveytin Vəqf və islam məsələləri üzrə nazir müavini doktor Adel əl-Fələhə məxsus bu kitab Azərbaycanın eks-prezidenti Heydər Əliyevin çoxşaxəli siyasi, ictimai və diplomatik fəaliyyətinə həsr olunub.

Kitab ərəb, rus və Azərbaycan dillərində nəşr olunub.

Təqdimat mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, dini icmaların rəhbərləri, Azərbaycanın və dost ölkələrin ictimai və din xadimləri iştirak ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvanı: trend @trend.az

Xəbər lenti

Xəbər lenti