Azərbaycan, Bakı, 01 may/ Trend , müxbir M.Əliyev/ Azərbaycan XİN Buşehr AES üçün yükün daşınmasına icazə verib.
"Azərbaycanın Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı problemi qalmayıb", - cümə axşamı Azərbaycan XİN mətbuat katibi Xəzər İbrahim bildirib.
Martın 29-da Azərbaycan tərəfi Azərbaycan-İran sərhədində Buşehr AES-in tikintisinin podratçısı olan "Rosatomstroy"un Azərbaycan hökumətindən almalı olduğu tranzitə görə xüsusi icazəsi olmadığından, atom elektrik stansiyası üçün nəzərdə tutulan yükü saxlayıb.
Azərbaycan Rusiyadan yükün tərkibi haqqında izahat istəyib. Rusiya tərəfi dünən yükün tərkibi haqqında məlumatı Azərbaycan XİN-ə təqdim edib.
Azərbaycan XİN nümayəndəsi qeyd edib ki, yükün nə zaman buraxılacağına dair təfərrüatı Azərbaycanın Dövlət Gömrük Komitəsi izah edə bilər. Gömrük xidmətindən məlumat almaq mümkün olmayıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]