...

Azərbaycan Parlamenti payız sessiyasında "Alternativ hərbi xidmət haqqında" qanunu qəbul edəcək

Siyasət Materials 2 May 2008 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycan Parlamentinin payız sessiyasında "Alternativ hərbi xidmət haqqında" qanun layihəsi qəbul ediləcək. Bu barədə cümə günü jurnalistlərə Milli Məclisin İcra Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib.

Azərbaycan Avropa Şurasına daxil olarkən öz üzərinə "Alternativ hərbi xidmət haqqında" qanunu qəbul edəcəyinə dair öhdəlik götürüb.

AŞ PA-nın Azərbaycan haqqında qəbul olunan qətnaməsində əks olunan tənqidi məqamlardan biri "Alternativ hərbi xidmət haqqında" qanunun qəbul edilməməsi ilə bağlıdır.

Azərbaycan Parlamentində "Alternativ hərbi xidmət haqqında" qanun layihəsinin qəbulu ilə bağlı fikir ayrılıqları var. Bəzi deputatlar hesab edirlər ki, müharibə şəraitində olan Azərbaycanda bu qanunun qəbulu yolverilməzdir.

Mirzəyev deyib ki, "Alternativ hərbi xidmət haqqında" qanun layihəsi tam hazırdır və beynəlxalq təşkilatların rəyini alıb.

Bu qanun qəbul edildikdən sonra hərbi xidmətə getmək istəməyən vətəndaşlar digər alternativ hərbi xidmətlərdən istifadə edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti