...

Azərbaycanın müxalifətçi deputatları büdcə ilə bağlı tədqiqat komissiyası yaradacaqlar

Siyasət Materials 2 May 2008 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentində müxalifəti təmsil edən deputatlar dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi məsələlərini araşdırmaq üçün tədqiqat komissiyası yaradacaqlar. "Dövlət büdcəsindən ayrılan vəsaitlər aidiyyatı üzrə xərclənmir və mənimsənilir. Bu məsələləri araşdırmaq üçün deputatlardan ibarət komissiya yaradacağıq", - deyə parlamentin cümə günü keçirilən iclasında müxalifəti təmsil edən Müsavat deputat qrupunin üzvü Pənah Hüseyn bildirib.

Parlamentin iclasında 2008-ci ilin dövlət büdcəsinin artırılması məsələsi müzakirə olunub.

Hüseyn vurğulayıb ki, dövlət büdcəsi neft gəlirlərindən formalaşdırılır və sonradan mənimsənilir: "2008 -ci ilin dövlət büdcəsində təmir-tikinti işlərinə ayrılan vəsaitin 1,6 mlrd. manat artırılması nəzərdə tutulub, lakin bu qədər vəsaitin hara xərclənəcəyi göstərilməyib".

Parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov Hüseynin çıxışının əsassız olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti