Azərbaycan, Bakı,05 may / Trend / Azərbaycanın daxili işlər naziri general - mayor Ramil Usubov bazar ertəsi İranın ölkəmizdəki səfiri Nasir Həmidi Zareni qəbul edib. Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.Görüşdə beynəlxalq terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi və qanunsuz miqrasiya problemləri və digər məsələlər müzakirə olunub. Tərəflər Azərbaycanla İran arasında daxili işlər orqanları səviyyəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini də qeyd ediblər.