...

Azərbaycanda gənc ailələrlə bağlı qanun layihəsi hazırlanır

Siyasət Materials 6 May 2008 16:15 (UTC +04:00)
Azərbaycanda gənc ailələrlə bağlı qanun layihəsi hazırlanır

Azərbaycan, Bakı, 06 may / Trend , müxbirİ.İ.Əlizadə/ Azərbaycan parlamentində gənc ailələrin yaşayışını yaxşılaşdırmağı nəzərdə tutan qanun layihəsi hazırlanır. "Qanun layihəsində gənc ailələrin mənzillə təmin edilməsi, iş yerlərində gənclər üçün kvotanın ayrılması nəzərdə tutulub" - deyə çərşənbə axşamı jurnalistələrə açıqlamasında Azərbaycan parlamentinin sosial siyasət məsələləri daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib.

Komissiya sədri qeyd edib ki, hazırda gənc ailələrin üzləşdikləri əsas problem mənzil və iş yerlərinin olmamasıdır.

"Uşaqların internatlara verilməsi, ailədaxili münaqişələr və ailələrin dağılmasının əsas səbəbi gənc ailələrin sosial vəziyyətinin aşağı olması ilə bağlıdır. Gənc ailələrin sosial müdafiəsini gücləndirməklə bir sıra problemləri aradan qaldıra bilərik" - deyə Rəcəbli əlavə edib. Onun sözlərinə görə, yeni qanun layihəsində gənc ailələrə güzəştli kreditlər verilməsi də nəzərdə tutulub.

Qanun layihəsi hazırlanır və parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti