...

Azərbaycan və Türkiyə parlamentlərarası əlaqələrin inkişaf perspektivlərini nəzərdən keçirəcək - səfir

Siyasət Materials 7 May 2008 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / " , müxbir S.Ağayeva/ Bakıda Azərbaycan və Türkiyə arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri nəzərdən keçiriləcək. Danışıqlar Türkiyə Böyük Millət Məclisinin sədri Keksal Toptanın Azərbaycana rəsmi səfəri zamanı aparılacaq.

Türkiyənin Azərbaycandakı səfiri Xulusi Kılıcın çərşənbə günü Trend a verdiyi məlumata görə, səfər iyun ayına nəzərdə tutulub. Səfir bildirib ki, yaxın vaxtlarda səfərin dəqiq tarixi məlum olacaq.

Türkiyə parlamentinin yeni spikeri səfər zamanı prezident İlham Əliyev, Baş nazir Artur Rəsizadə və həmkarı, Milli Məclisin sədri Oqtay Əsədovla göruşməyi planlaşdırır.

Əvvəllər səfər noyabr ayına nəzərdə tutulmuşdu, lakin gərgin iş cədvəli səbəbindən səfər təxirə salınmışdı.

Səfər zamanı Türkiyə parlamentinin spikeri Bakıda, Türkiyənin təhsil və mədəniyyət naziri olarkən tikintisinə başladığı məktəbə də baş çəkəcək.

Hakim islamyönlü Ədalət və İnkişaf Partiyasını (ƏİP) təmsil edən 64 yaşlı Toptan iyun ayında Türkiyə parlamentinə keçirilən seçkilər zamanı sədr seçilib. ƏİP rəhbərliyi Toptanın parlament spikeri vəzifəsinə namizədliyini kompromis fiqur kimi irəli sürmüşdü. Belə ki, o, bu partiyanın əksər nümayəndələrindən fərqli olaraq islamla bağlı keçmişə malik deyil (Klerikal meylli partiyaya daxil olmayıb). Toptan yeddinci dəfə Türkiyə Məclisinin deputatı seçilib. Əvvəllər o, üç dəfə nazir vəzifəsini tutub (qeyri-rəsmi nazir, təhsil və mədəniyyət naziri), Parlamentin qanunvericilik komissiyasına rəhbərlik edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti