...

Vyanada Azərbaycanın iqtisadi inkişaf nazirinin və Avstriyanın federal iqtisadiyyat və əmək nazirinin görüşü keçirildi

Siyasət Materials 8 May 2008 07:42 (UTC +04:00)

Avstriya, Vyana, 8 may/ Trend müxbir A.Ələskərov/ Avstriyanın paytaxtı Vyanada Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev və Avstriyanın federal iqtisadiyyat və əmək naziri Martin Bartenştayn arasında görüş keçirildi. Bu barədə Trend -un xüsusi müxbirinə Azərbaycanın Avtriyada səfiri Fuad İsmaylov bildirib.

Onun sözlərinə görə, görüşdə azərbaycanlı nazir qeyd edib ki, 2007-ci ilin sentyabr ayında Avstriyanın federal iqtisadiyyat və əmək naziri M.Bartenştaynin Azərbaycana gəlməsi iki ölkə arasında olan iqtisadi əlaqələrə çox müsbət təsir edib.

"Tərəflər, ticarət dövranı və iqtisadi əməkdaşlıq barədə fikir mübadiləsi apardılar. Nazirlər enerji sahəsində əlaqələrin genişləndirilməsi prespektivlərinə toxunublar. "Nabucco" layihəsinin işlənməsi vurğulanıb", deyə, diplomat qeyd edib.

Səfir həmçinin bildirib ki, hal hazırda Vyanada olan Azərbaycan-avtsriya hökümətlərarası komisiya prezentasiyalarda iştrak edəcək və Austrian Energy Agency, Bertsch Holding GmbH, VAMED Engeneering GmbH & Co KG, Askin & Co, Austrian Development Agency kimi şirkətlərin və təşkilatların rəhbərləri ilə görüşəcəklər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]
Xəbər lenti

Xəbər lenti