...

Astarada veteranlar və şəhid ailələri üçün yeni bina tikilib

Siyasət Materials 11 May 2008 10:45 (UTC +04:00)

Azərbaycan, Astara. 11 may / Trend müxbir P.Əliyeva / Xalqımızın dahi rəhbəri Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibəti ilə Astarada yaşayan Qarabağ və Əfqanıstan müharibəsi veteranları, şəhid ailələri və Çernobıl əlillərinin bir qismi evlə təmin olunub.

Bunun üçün 32 mənzildən ibarət 4 mərtəbəli bina istifadəyə verilib. Regionların  inkişaf  proqramı  çərçivəsində dövlət vəsaiti hesabına tikilən bina 1 minlyon 53 min manat hesabına başa gəlib. Ümumi sahəsi 2200 kvadratmetr olan yaşayış binasında evlər üç və iki otaqlıdır. Mənzillər daimi su, istilik sistemi ilə təmin edilib. Bunun üçün 1 ədəd artezian quyusu qazılıb, qazanxana inşa olunub. Binanın həyətində uşaqlar üçün oyun meydançası da tikilib.

Xəbər lenti

Xəbər lenti