...

Azərbaycan prezidenti seçki kampaniyası müddətinin azaldılması ilə bağlı təklifi dəstəkləməyib

Siyasət Materials 12 May 2008 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir İ.Əlizadə/ Azəbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyasının birgə hazırladıqları və Prezidentin İcra Aparatından parlamentə göndərilən Seçki Məcəlləsinə əlavə və dəyişiklik layihəsndə seçki kampaniyası müddətinin azaldılması nəzərdə tutulmayıb. "Parlamentin bir qrup deputatı seçki kampaniyası müddətinin azaldılmasını təklif edirlər. Lakin prezident İlham Əliyev tərəfindən parlamentə göndərilən layihədə seçki kampaniyasının müddəti azaldılmayıb" deyə bazar ertəsi Trend -a açıqlamasında Azərbaycan Parlamenti Apartının rəhbəri Səfa Mirzəyev bildirib.

Azərbaycanın hazırda qüvvədə olan Seçki Məcəlləsinə əsasən, seçki kampaniyasına səsverməyə dörd ay qalmış start verilir. Namizədlərin təbliğat müddəti isə 2 aydır.

Bəzi məlumatlara görə, Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərdə seçki kampaniyasının müddəti 2 aya, namizədlərin təbliğat kampaniyasının müddəti isə 21 günə qədər azaldılıb.

"Bir qrup deputat hesab edir ki, seçki kampaniyasının 4 ay davam etməsi uzun bir müddətdir. 4 ay ərzində seçki kampaniyası aparmaq namizədlər, dövlət orqanları və partiyalar üçün çətinliklər yaradır. Ona görə də iqtidar və müxalifəti təmsil edən bir qrup deputat seçki kampaniyasının müddətinin azaldılmasını təklif edir. Lakin bu o demək deyil ki, seçki kampaniyasının müddəti azaldılacaq" deyə Mirzəyev əlavə edib.

Onun fikrincə, seçki kampaniyasının 4 ay davam etməsi bir sıra çətinliklər yaradır. O qeyd edib ki, yalnız Mərkəzi Seçki Komissiyası seçki kampaniyasının müddətinin azaldılmasını istəmir.

Xəbər lenti

Xəbər lenti