...

Azərbaycanın müxalifət partiyası seçkidə iştirak qərarını qüvvədə saxladı

Siyasət Materials 12 May 2008 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir E.Babayev/ Müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin bu gün keçirilən iclasında təşkilatın qarşıdan gələn prezident seçkilərində işttirak qərarı müzakirəyə çıxarılıb və qərar qüvvədə sapxlanılıb. Bunu bazar ertəsi Trend a ADP sədri Sərdar Cəlaloğlu deyib.

Məcəlləyə əlavə və dəyişikləri nəzərdə tutuan layihənin əsas müddəaları cəmiyyətə açıqlanıb. Layihədə seçki komissiyalarının tərkibinin dəyişməsi məsələsi yer almayıb. Bundan başqa, dövlət televiziyasında və rəsmi mətbuat orqanlarında seçki təbliğatının aparılması qadağan olunub, seçki kampaniyasına və seçki təşviqatına ayrılan müddət azaldılıb. Müxalifət dəyişikliklərə etiraz edir və bu dəyişikliklərin qeyri-demokratik xarakter daşıdığını bəyan edir.

Cəlaloğlu bildirib ki, ADP Seçki Məcəlləsinə əlavə və dəyişiklikəri qəbul etmir. "Biz bu dəyişiklikləri qəti şəkildə pisləyirik və ümid edirik ki, hakimiyyət bu dəyişiklikləri qəbul etməyəcək. Biz ən qeyri-demokratik şəraitdə belə seçkidə iştirak etmək niyyətindəyik. Çünki ölkədə narazı təbəqənin sayı kifayət qədərdir" - deyə o əlavə edib.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar. ADP-nin fevral ayının 16-da keçirilən Ali Şurasının iclasında Cəlaloğlunun prezidentliyə namizədliyi irəli sürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti