Azərbaycan, Bakı, 14 may / Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Prezident sarayında Ukraynanın ölkəmizdə yeni təyin olunmuş səfiri Boris Krımçukun etimadnaməsini qəbul edib.
Yeni səfirlə görüşdə prezident Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. İlham Əliyev Ukraynanın yeni səfirinin diplomatik fəaliyyətinin qarşılıqlı münasibətlərin daha da inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Səfir Boris Krımçuk Azərbaycandakı diplomatik fəaliyyəti dövründə əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - trend