...

Ceyhanda Heydər Əliyev litseyi açılacaq

Siyasət Materials 15 May 2008 15:56 (UTC +04:00)

Türkiyə, Ceyhan, 15 may / Trend , müxbir Y.Tahiroğlu/ Türkiyənin Ceyhan şəhərində Azərbaycanın eks-prezidenti Heydər Əliyevin adını daşıyan litseyin açılması nəzərdə tutulur. Bu barədə Ceyhan bələdiyyəsinin başqanı Hüseyn Sözlü ötən gün bu şəhərdə Heydər Əliyev Muzeyinin açılış mərasimində bildirib.

Heydər Əliyevin 85 illik yubileyi münasibəti ilə Türkiyənin Ceyhan şəhərində onun muzeyi açılıb. Muzey Heydər Əliyev Fondunun və Ceyhan bələdiyyəsinin dəstəyi ilə yaradılıb.

Mərasimdə çıxış edən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov, İstanbuldakı baş konsulu Səyyad Aran, Ceyhan bələdiyyəsinin başçısı Hüseyn Sözlü və başqaları iştirak ediblər.

Heydər Əliyev Fondu tərəfindən Muzeyə təqdim olunmuş Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən 162 fotoşəkil və kitablar nümayiş etdirilib. Hacıyev Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında, neft kəmərinin açılmasında onun rolundan danışıb.

Ceyhan bələdiyyəsinin başqanı Sözlü bildirib ki, Heydər Əldiyev adına litseyin, gələcəkdə də Universitetin açılması planlaşdırılır.

Muzeyin açılış mərasimindən sonra Ceyhandakı Azərbaycan-Türkiyə Qardaşlıq Parkında konsert verilib.

Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar mayın 13-də Adanada, 14-də Ceyhanda azərbaycanlı sənətçilərin iştirakı ilə konsert keçirilib, cümə axşamı isə İsgəndərunda konsert veriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti