...

Moskva Gürcüstana münasibətdə fitnəkar siyasətindən imtina etməlidir – amerikalı diplomat

Siyasət Materials 15 May 2008 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may/ Trend , müxbir A. Qasımova/ ABŞ Rusiyanı Gürcüstana münasibətdə fitnəkar addımlar atmaqdan çəkinməyə və Abxaziya problemi üzrə Vaşinqtonla birgə işləməyə çağırır. "Moskva bir müddət əvvəl Gürcüstana münasibətdə atılan fitnəkar addımlardan imtina etməli və Gürcüstan və abxaz tərəfinə təhlükəsizlik hissini aşılamaq üçün bizimlə birgə işləməlidir", - ABŞ Dövlət Katibi müavininin köməkçisi Metyu Brayza cümə axşamı Trend -a bildirib.

Apreldə Moskva tanınmamış respublikasının əhalisinə aktiv yardımın göstərilməsini bəyan edib. Bundan əlavə, bu günlərdə Rusiya sülhməramlı kontingentin sayını Gürcüstan-Abxaz münaqişəsinə dair müvafiq sazişlərlə nəzərdə tutulan səviyyəyə çatdırıb ki, bu da Tbilisinin kəskin tənqidinə səbəb olub.

"Abxaziya, Gürcüstandakı vəziyyət ciddi olmaqda davam edir. Münaqişənin nizamlanma yollarına dair ümumi baxışların hazırlanması üçün Tbilisi və Suxumi arasında birbaşa danışıqlar irəliyə doğru hərəkət ola bilər", - Brayza bildirib.

Amerikalı diplomat əlavə edib ki, Rusiya və BMT Baş katibinin bütün dostları bu məsələdə tərəflərə yardım göstərilməsində əsas rol oynamalıdırlar.

SSRİ dağıldıqdan sonra Gürcüstan SSR-in tərkibinə daxil olan Abxaziya öz müstəqilliyini elan edib. Gürcüstan 1992-ci ilin avqustunda Abxaziyaya qoşun yeridib, lakin silahlı müqavimətlə qarşılaşıb. Gürcüstanın Abxaziya üzərində nəzarəti itirməsinə gətirən hərbi münaqişə 1993-cü il avqustun 30-da başa çatıb. O vaxtdan etibarən, Abxaziya öz müstəqilliyinin tanınmasına çalışır. Tbilisi Abxaziyaya Gürcüstanın tərkibində geniş muxtariyyət təklif edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti