...

Bakıda Cənubi Qafqaz və Yaxın Şərqdə Azərbaycanın geosiyasi rolu müzakirə olunacaq

Siyasət Materials 21 May 2008 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / " müxbir S.Ağayeva / Bakıda Azərbaycanın iqtisadi və siyasi inkişafının aktual məsələləri müzakirə olunacaq.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri, siyasi elmlər doktoru Elxan Nuriyevin çərşənbə günü Trend a verdiyi məlumata görə, aparıcı politoloqlar, beynəlxalq hüquq mütəxəssisləri və ölkənin dövlət strukturlarının nümayəndələri "Azərbaycan 2008: Müasirləşdirilmənin yolları" beynəlxalq konfransında Cənubi Qafqaz və Yaxın Şərqdə Azərbaycanın geosiyasi rolunu, regiona təsir edən prosesləri müzakirə edəcəklər.

Nuriyev bildirib ki, Rusiya, Türkiyə, Almaniya və digər Avropa ölkələrindən olan politoloqlar müasirləşdirilmənin stabil yoluna daixil olan Azərbaycanın xarici və daxili siyasəti üzrə aktual məsələlərə dair müzakirələr aparacaqlar. Konfrans SAM tərəfindən Böyük Britaniyanın LINKS Qeyri-Hökumət Təşkilatı ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq.

Əsas diqqət Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın roluna ayrılacaq.

Mayın 23-də "Park INN" otelində işə başlayacaq konfransa Milli Məclisin deputatları, Azərbaycan hökumətinin üzvləri, beynəlxalq təşkilatlar və Bakıya akkreditə olunan səfirliklərin nümayəndələri dəvət olunublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti