...

Azərbaycan müxalifəti yeni istiqlal abidəsinin ucaldılmasını istəyir

Siyasət Materials 27 May 2008 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may/ Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalifət Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri hesab edir ki, Azərbaycanda yeni istiqlal abidəsi ucaldılmalıdır. "Bakının İstiqlal küçəsində ucaldılan abidə Avropanın qəbirüstü abidəsinə bənzəyir", çərşənbə axşamı hakim Yeni Azərbaycan Partiyasının (YAP) Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illik yubileyi ilə bağlı keçirdiyi tədbirdə VHP sədri Sabir Rüstəmxanlı bildirib.

Trend -un arayışı: Şərqdə ilk demokratik respublika 1918-ci ildə Azərbaycanda yaranıb. 23 ay ərzində mövcud olan Azərbaycan dövləti öz ordusunu, milli valyutasını, bayrağını, gerbini, hökumətini qurub. Xarici qüvvələrin təzyiqindən sonra Azərbaycan dövləti müstəqilliyini itirib.

Rüstəmxanlı deyib ki, paytaxtın Kukla Teatrı qarşısındakı ərazidə Məmmədəmin Rəsulzadənin xatirə daşını götürərək yerində park salınmasına görə, Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilməlidir.

Toplantıda çıxış edən YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov isə bildirib ki, hər bir vətəndaş Azərbaycan Xalq Cümhuriyyəti ilə qürur duymalıdır. "Azərbaycan hökuməti Demokratik Respublikanın yaranmasında əməyi olan bütün şəxsiyyətlərə hörmətlə yanaşır", Əhmədov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti