...

"Həmas" rəsmisi Mahmud Abbasla görüşüb

Siyasət Materials 27 May 2008 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 7 may / Trend , müxbir R.Hafizoğlu / Fələstində mübarizə aparan İslami Müqavimət Təşktlatı "Həmas" rəsmisi təşkilatlar arsında daxili qarşıdurmaya son qoymaq üçün Fələstin administrasiyasının prezidenti Mahmud Abbasla mayın 27-də görüşüb.

" "Həmas" rəsmisi, ölkədəki iki aparıcı qüvvə arasında daxili toqquşmalara son qoymaq üçün, Ramallahda prezident Mahmud Abbasla görüşüb" - deyə, Fələstin Xarici İşlər Nazirliyinin mətbuat katibi Tahir əl-Nunu çərşənbə axşamı Ramallahdan telefonla Trend -a bildirib.

XİN mətbuat katibinin sözlərinə görə, danışıqlarda əsirlikdə olan fələstinlilərin İsrail həbsxanalarından buraxılması ilə bağlı danışıqlar aparılması da müzakrə olunub.

Material hazırlandığı zaman görüşün yekunları barədə "Həmas" təşkilatının məlumatını almaq mümkün olmayıb.

"Həmas", İsrailin işğal etdiyi Fələstin ərazilərinin azad olunması məqsədilə, 1987-ci ildə Qəzzədə Şeyx Əhməd Yasin tərəfindən yaradılıb. Təşkilat 2006-cı ildə keçirilmiş parlament seçkilərində səs çoxluğu ilə qalib gəlib. Hazırda Qəzzə şəhəri "Həmas"ın nəzarəti altındadır.

İordan çayının qərb sahili isə, 1956 -cı ildə Yasir Ərəfatın yaratdığı hakim "FƏTH" təşkilatının nəzarəti altındadır.

Məqalənin müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti

Xəbər lenti