...

Rusiya Qəbələdə radarın tikilməsi barədə təklifini geri götürə bilər

Siyasət Materials 27 May 2008 17:28 (UTC +04:00)
Rusiya Qəbələdə radarın tikilməsi barədə təklifini geri götürə bilər

" Moskovski Komsomolets " qəzeti yazır ki, Avropada Amerikanın RƏM sistemləri yerləşdiriləcəyi təqdirdə, Rusiya rəhbərliyi Azərbaycandakı Qəbələ radarından ABŞ ilə birgə istifadəyə dair təklifini geri götürə bilər.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyinin nümayəndəsi, general-leytnant Yevgeni Bujinski bəyan edib. Onun sözlərinə görə, Qəbələ RLS Vaşinqtonun Polşa və Çexiyada elementlərin yerləşdirilməsi planına əlavə kimi deyil, alternativ variant kimi təklif edilmişdi.

Rusiya hesab edir ki, ABŞ-ın RƏM obyektləri onun təhlükəsizliyini təhdid edir. Vaşinqton İranın raket təhlükəsinin qarşısını almağa səy göstərdiyini israr edir.

Xəbər lenti

Xəbər lenti