...

Azərbaycan "Vikinq" nəqliyyat layihəsinə qoşula bilər – Litva səfiri

Siyasət Materials 29 May 2008 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may/ Trend , müxbir S.Ağayeva/ Litva Azərbaycana "Vikinq" nəqliyyat layihəsinə qoşulmağı təklif edir. Bu barədə Trend - cümə axşamı, Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas məlumat verib.

2008-ci il mayın 12-də Ukrayna, Litva və Belarus arasında "Vikinq" layihəsinin reallaşdırılması haqqında dövlətlərarası əməkdaşlıq üçtərəfli sazişlə möhkəmləndirilib. Layihə tranzit tariflərinin unifikasiyası, gömrük prosedurlarının asanlaşdırılması və mallara xidmətin sürətləndirilməsi ilə cəlbedicidir.

Səfir bildirib ki, "Vikinq" dəmir yolu konteynerlərinin yükdaşınmaları nəqliyyat layihəsi Skandinaviya ölkələrindən Cənub-Şərqi Asiya ölkələrinə nəqliyyat dəhlizinin vacib elementi ola bilər.

Onun sözlərinə görə, layihə, sonradan Xəzər vastisəsilə Mərkəzi və Cənub-Şərqi Asiyaya çıxışla, Qara dəniz vastiəsilə Gürcüstana və Azərbaycana qədər uzadıla bilər. Marşrut yüklərin Baltik dənizi ölkələrindən Cənubi Koreyaya çatdırılmasını, dəniz yolu ilə müqayisədə, 13-18 sutkda tez həyata keçirməyə imkan verir.

Layihə istisna olaraq, kommersiya faydasına əsaslanır və mövcud marşrutlara alternativ olmaq məqsədinə xidmət edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti