...

Finlandiya Ermənistan və Azərbaycan prezidentlərinin görüşündə irəliləyişə ümid edir – Tarya Halonen

Siyasət Materials 29 May 2008 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may/ Trend , müxbir M.Əliyev/ Finlandiya ATƏT-ə sədrlik edən ölkə kimi ümid edir ki, Ermənistan və Azərbaycan prezidentlərinin Sankt-Peterburqda keçiriləcək qarşıdakı görüşü Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesinə müsbət təsir göstərəcək. "Biz ümid edirik ki, prezidentlərin qarşıdakı görüşündə vacib məsələlər üzrə müəyyən nəticələr əldə ediləcək", - cümə axşamı Finlandiya prezidenti Tarya Halonen rəsmi səfərlə Finlandiyada olan Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bildirib.

Qarabağ münaqişəsinin nizamlanması işinə Finlandiyanın verdiyi töhfə haqqında suala cavab verən Halonen bildirib ki, biz ATƏT-in vasitəçi missiyasını dəstəkləyirik və mən hesab edirəm ki, tərəflər bu işdə dəstək göstərməlidirlər.

İlham Əliyev bildirib ki, Azərbaycan ölkənin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində, bu məsələnin dinc yolla həllinin lehinə çıxış edir.

Azərbaycan prezidenti və Ermənistanın yeni seçilmiş prezidenti Serj Sərkisyanın birinci görüşünün iyunun 7-də Sankt-Peterburqda, MDB-nin qeyri-formal sammiti çərçivəsində keçirilməsi nəzərdə tutulur.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını, o cümlədən Dağlıq Qarabağ regionunu işğal edib.1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Finlandiya 2008-ci ildən ATƏT-ə sədrlik edir.

Xəbər lenti

Xəbər lenti