...

Azərbaycan parlamenti Seçki Məcəlləsinin dəyişikliklə ilə bağlı müzakirələri gələn həftə davam etdirəcək

Siyasət Materials 30 May 2008 20:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı müzakirələri iyunun ikisində davam etdirəcək. "Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ciddi məsələdir və bunun bağlı çıxış etmək istəyənlərin sayı çoxdur. Ona görə də müzakirələr gələn həftə davam etdiriləcək", -deyə Azərbaycan parlamentinin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov bildirib.

Parlamentin cümə günü keçirilən iclasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi məsələsi müzakirə olunub.

Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyasının birgə müzakirələri nəticəsində yeni layihə hazırlanıb. Azərbaycan hökumətinin hazırladığı əlavə və dəyişikliklər layihəsinə Avropa Şurası Venesiya Komissiyası müsbət rəy verib.

"Hakim Yeni Azərbaycan Partiyası seçki kampaniyası müddətinin dörd aydan iki aya qədər endirilməsini vacib hesab edir", - deyə parlamentdəki müzakirələr zamanı hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov bildirib.

Hakim partyanı təmsil edən digər deputatlar da bu təklifi dəstəkləyiblər.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirib ki, rəhbərlik etdiyi komissiya seçki kampaniyası müddətinin dörd aydan iki aya endirilməsi ilə bağlı layihə hazırlayıb: "Komissiyada təmsil olunan bütün siyasi partiyaların nümayəndələri seçki kampaniyası müddətinin azaldılmasını dəstəkləyilər".

Müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn isə, bildirib ki, Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişkliklər müxalifəti təmsil edən namizədlərin imkanlarını daha da məhdudlaşdırır: "Bu pis Qanunun daha da pisləşməsinə xidmət edən əlavə və dəyişikliklərdir. Bu dəyişikliklər müxalifəti təmsil edən namizədlərin seçkidə iştirakına mənfi təsir göstərəcək".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti