...

Azərbaycan prezidenti İtaliyanın baş nazirini ölkənin Milli bayramı münasibətilə təbrik edib

Siyasət Materials 1 İyun 2008 23:08 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın baş naziri Silvio Berluskonini ölkənin Milli bayramı - Respublika günü münasibətilə təbrik edib.

"Milli bayramınız - Respublika elan edilməsi günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Biz Azərbaycan-İtaliya dövlətlərarası münasibətlərinin, dostluq əlaqələrimizin daim inkişafına və genişlənməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar və Avropa strukturları çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da əzmlə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram" , - deyə məktubda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti