Azərbaycan prezidenti İlham Əliyev İtaliya prezidenti Ciorcio Napolitanoya ölkənin Milli bayramı - Respublika günü münasibətilə təbrik məktubu göndərib.
"İtaliya Respublikasının
milli bayramı - Respublika elan edilməsi günü
münasibətilə Sizi və Sizin simanızda bütün
xalqınızı şəxsən öz adımdan və
Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
Azərbaycan-İtaliya münasibətlərinin
gündən-günə inkişafı məmnunluq doğurur.
Əminəm ki, dost ölkələrimiz arasında
əməkdaşlıq, daim genişlənən
əlaqələrimiz bundan sonra da xalqlarımızın
mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş
arzularımı yetirir, dost İtaliya xalqına
əmin-amanlıq və rifah diləyirəm" , - deyə
məktubda vurğulanıb.