...

Əl-Qaidə ilə mübarizədə müsəlmanların özlərinin səyləri lazımdır – ekspertlər

Siyasət Materials 3 İyun 2008 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun/ Trend , müxbir E.Tariverdiyeva, R.Hafizoğlu/ ABŞ-ın İraqdakı terror qruplarına, o cümlədən Əl-Qaidəyə qarşı ideoloji müharibəsi, ölkə əhalisinin və islam ilahiyyatçılarının dəstəyi olmadan, mənasızdır. "Əl-Qaidəyə qarşı Ağ ev deyil, müsəlmanlar ideoloji mühpribə aparmalıdırlar"-deyə, İraqlı millət vəkili Fövzi Əkrəmoğlu hesab edir.

Ağ Evin terrorizmlə mübarizə üzrə keçmiş koorinatoru Riçard Klark bildirib ki, qoşunların İraqdan çıxarılmasından sonra, Əl-Qaidəyə qarşı ideoloji müharibəyə başlamaq lazımdır və bu, hərbi güc tətbiq edilmədən, terrorçular üzərində qələbə çalmağa imkan verəcək. Bu barədə iyunun 1-də, Türkiyənin "TimeTurk" informasiya agentliyi məlumat verib.

ABŞ terrorizmlə mübarizədə müsəlman ölkələrinin əhalisi arasında nüfuz və təsirə malik islam dini xadimləri ilə birləşməlidir. Bu barədə Əkrəmoğlu çərşənbə axşamı telefonla Bağdaddan Trend -a məlumat verib. Onun rəyinə görə, ABŞ təklikdə müharibəni uğurlu qələbə ilə başa vurmaq iqtidarında deyil. Belə ki, Əl-Qaidə dini təşkilat altında maskalanır. "Əfqanıstan və İraqa müdaxilədən sonra ABŞ-ın nüfuzu sarsılıb. "Əl-Qaidə" isə, işğala qarşı "mübarizə" apardığı üçün, informasiya mühapribəsində bir sıra üstünlüklər qazanıb "- Əkrəmoğlu hesab edir.

Deputatın rəyinə görə, Əl-Qaidə ilə ən səmərəli mübarizə üsulu maarifləndirmədir ki, bu da müsəlman gənclərinin radikal addımlarının qarşısını almalıdır.

ABŞ qoşunlarının İraqdan çıxarılmasının Əl-Qaidənin müsəlmanlar arasında məşhurluğunun azalmasına səbəb olub-olmayacağı İraqın sünni və şiə əhalisindən, onların hakimiyyətin bölünməsilə bağlı sazişindən asılıdır. Amerikalı ekspert Ronni Lipşuts (Ronnie Lipschutz) belə hesab edir. "Əl-Qaidə şiələrin üstünlük təşkil etdiyi rejimi dəstəkləməyəcək", - Santa-Kruz Universitetinin (ABŞ) politologiya professoru Lipşuts çərşənbə axşamı elektron poçtla bildirib.

Ekspert hesab edir ki, islam terror qruplarına qarşı ideoloji müharibə haqqında bəyanatla bağlı vəziyyətdə, Birləşmiş Ştatların nə etdiyi,onun nə söylədiyindən daha vacibdir. "Nə qədər ki, Amerika siyasəti mülki şəxslərin öldürülməsinə gətirir, ABŞ İslam əleyhinə fəal təbliğat aparır, ideoloji müharibənin uğurla bitəcəyinə şübhə edirəm", - o bildirib. Lipşutsun rəyinə görə, müdaxilə etməmək strategiyası risklidir. Lakin, o hazırki vəziyyətdə daha səmərəli ola bilər.

Amerika eksperti Qavdat Bahqat (Gawdat Bahqat) hesab edir ki, İraqdakı müharibənin uğurla başa çatması terrozimlə qlobal müharibəyə müsbət təsir göstərəcək. "Onun yerləşdiyi məkanı, əhalisini və enerji aktivlərini nəzərə almaqla, İraq ən vacib ərəb və islam dövlətlərindən biridir", - Pensilvaniya univeristetinin Yaxın Şərq üzrə Mərkəzinin direktoru Bahqat çərşənbə axşamı elektron potçla Trend -a bildirib.

Onun rəyinə görə, siyasi və dini sabitliyin olmaması İraqda terror təşkilatlarının çiçəklənməsi və məşhurlaşması üçün bütün şərtləri yaradır. Bahqat hesab edir ki, Birləşmiş Ştatlar İraq hökuməti və regional hakimiyyətlə işləyərək, bütün ölkə üzrə ictimai qayda-qanunu və təhlükəsiliyin bərpa olunmasına çalışarlarsa, terror təşkilatlarının, əsas etibarilə, Əl-Qaidənin İraqı tərk etməkdən başqa seçimi olmayacaq. "İraqda Əl-Qaidəyə qələbə çalmaq üçün, hərbi yolla nizamlamadan daha çox şey tələb olunur. Bu, İran və Səudiyyə Ərəbistanı kimi regional dövlətlərlə sıx əməkdaşlıq tələb edir", - politoloq yazır. Onun rəyinə görə, ABŞ-ın Bağdad hökuməti və tayfa liderləri ilə tərəfdaşlığıda mühümdür. "Səhiyyə sisteminin təkmilləşdirilməsi, yeni iş yerlərinin yaradılması, elektrik enerjisi ilə təminat Əl-Qaidə ilə müharibədə qələbəni asanlaşdırardı", - Bahqat yazır.

Ekspertin rəyinə görə, Birləşmiş Ştatlar islama qarşı ideoloji müharibədə maraqlı deyil - Birləşmiş Ştatlarda milyonlarla müsəlman azad şəkildə öz dininə etiqad edir.

"Vaşinqton hansısa dinə qarşı yox, ekstremist ideologiyaya qarşı mübarizə aparır. İslam bir din kimi qlobal sevgi və sülhü təbliğ edir. Lakin digər dinlərdə olduğu kimi, islamdakı ekstremist elementlər onların özlərinin islam versiyasının təbliği üçün zorakılıq üsullarından istifadə edirlər", - politoloq bəyan edib. Ekspertin rəyinə görə, Amerika və qərb alimlərinin müsəlman alimləri ilə dialoqa girməsi , islam və qərb sivilizasiyaları arasında toqquşma nöqtəsini tapmaları lazımdır.

Əl-Qaidə - 80-ci illərin sonunda Əfqanıstandakı sovet qoşunları ilə mübarizə üçün ABŞ tərəfindən yaradılmış beynəlxalq terror təşkilatıdır. Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra, Əl-Qaidə öz səylərini ABŞ-a, "qərb dünyası" ölkələrinə və onların islam ölkələrindəki tərəfdarlarına qarşı yönəldib. Təşkilatın məqsədi islam ölkələrində dünyəvi rejimlərin hakimiyyətdən devrilməsi, "Böyük islam xilafətinin" yaradılmasıdır. Keniya və Tanzaniyanın paytaxtında ABŞ səfirliklərinin partladılmasından sonra Əl-Qaidə dünyada bir nömrəli terror təşkilatı adını alıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti