...

Azərbaycan sərhədçiləri axtarışda olan 70 nəfəri saxlayıb

Siyasət Materials 5 İyun 2008 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir K.Zərbalıyeva/ Ötən ay sərhədçilər axtarışda olan 70 nəfəri saxlayıb.

Dövlət Sərhəd Xidmətinin ötən ayın yekunları ilə bağlı hazırladığı hesabatda bildirilir ki, may ayinda sərhəd rejim qaydalarını pozduğu üçün 10 halda 16 Azərbaycan vətəndaşı, vizaları olmadığı üçün 65 halda 108 nəfər (23 İran, 17 Türkiyə, 12 Çin, 8 İraq, 6 Pakistan, 5 Azərbaycan. 5 Özbəkistan, 4 Hindistan, 3 İordaniya, 3 Malayziya və digərləri), vizalarının müddəti qutardığı üçün 16 halda 20 nəfər, müvafiq sənədləri olmadığı üçün 18 halda 19 nəfər, saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Hesabat dövründə dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərərkən 28 halda 54 sərhəd pozucusu saxlanılıb. Tutulan sərhəd pozucularının 26-sı İran, 15-i Azərbaycan, 5-i Gürcüstan, 3-ü Türkiyə, 2-si İraq, hər ölkədən bir nəfər olmaqla Rusiya, Əfqanıstan və Pakistan vətəndaşlarıdır.

May ayında sərhədçilər qanunsuz dövriyyədən 54 kiloqramdan artıq narkotik maddə çıxarıb.

Sahil Mühafizəsi Azərbaycana məxsus 11 qayığı saxlayıb və sərhəd rejim qaydalarını pozduğu üçün 3 qayıqda 7 nəfər Azərbaycan vətəndaşı saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Sərhədçilər 65 halda ümumi dəyəri 217 min manata yaxın qaçaqmal saxlayıblar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti