Azərbaycan, Bakı, 06 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda bələdiyyələrin mülkiyyətində olan torpaqların satışına qadağa qoyulub. "Bələdiyyə torpaqlarının hərrac yolu ilə satılması üçün qanuna dəyişiklik edilib və yaxın vaxtlarda bununla bağlı sərəncam imzalanacaq. Ona görə də müvəqqəti olaraq bələdiyyələrin torpaq satmasına qadağa qoyulub", - deyə jurnalistlərə açıqlamasında parlamentin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə bildirib.
Azərbaycanda 2768 bələddiyyə var. Torpaq islahatının aparılmasından sonra torpaqların bir hissəsi əhaliyə paylanıb, bir hissəsi fond torpaqları kimi dövlətin balansında saxlanılıb, digər hissəsi isə 1999-cu ildə yaradılan bələdiyyələrə verilib.
Komissiya sədri qeyd edib ki, gələcəkdə bələdiyyə torpaqlarının hərrac yolu ilə satılması üçün Əsasnamə hazırlanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]