...

David Bakradze Gürcüstan parlamentinin sədri seçilib

Siyasət Materials 7 İyun 2008 14:32 (UTC +04:00)
David Bakradze Gürcüstan parlamentinin sədri seçilib

Gürcüstan, Tbilisi, 07 iyun / Trend , müxbir N. Kirtsxalia/ Gürcüstan parlamenti bu gün öz ilk iclasında David Bakradzeni sədr seçib. Bu qərarın lehinə 116 deputat səs verib. Qərarın əleyhinə səs verən olmayıb. Dörd deputat isə bitərəf qalıb. Səsvermə gizli keçib.

"Mən partiyalar və seçicilərimiz qarşısında öz məsuliyyətimi tam olaraq dərk edirəm. Mən sələflərim Zurab Jvaniya və Nino Burcanadzenin parlamentdə qoyduğu layiqli yolu davam etdirməyə hazıram. Mənim prioritetlərim parlament seçkiləri qabağı xalqa verdiyimiz bütün vədlərin yerinə yetirilməsindən ibarət olacaq. Mən hökumət ilə birlikdə yoxsulluğun aradan qaldırılması, məşğulluğun təmin edilməsi və diqqətəlayiq həyat məsələlərini həll etməyə hazıram. Yeni parlament hökumət ilə birlikdə ölkəni irəliyə aparan orqan olacaq və 50 aylıq inkişaf proqramının yerinə yetirilməsi üçün hökumət ilə sıx əməkdaşlıq etmək niyyətindəyəm. Biz həmçinin müxalifət ilə əməkdaşlığa da hazırıq və beş faizlik baryeri aşan bütün siyasi partiyalara tərəfdaşlıq əlimizi uzadırıq. Biz bütün siyasi qüvvələrin parlamentdə təmsil olunması üçün əlimizdən gələni edəcəyik. Bunun üçün biz müxalifətə parlamentdə bərabər imkanlar təqdim etməyə və kompromis yolu ilə danışıqlar aparmağa hazırıq. Biz vahid Gürcüstan naminə birgə mübarizə aparmalı və düşmənlərimizə birgə qalib gəlməliyik", - deyə o bildirib.

Bakradze ölkənin əsas prioritetlərini müəyyən edib. Bu prioritetlər arasında avrointeqrasiya və NATO-ya daxil olma məsələri də var. "Biz, təbii ki, möcuzə göstərə bilmərik, lakin ölkəni irəli aparmaq üçün hər şey edəcəyik", - deyə o bildirib.

Parlamentədə hələ ki, millətçilərdən ibarət vahid Parlament əksəriyyəti fraksiyası yaradılıb. Bu fraksiyaya Petre Tsiskarişvili rəhbərlik edəcək. Məhz bu fraksiya Davida Bakradzeni parlamentin sədri postuna təqdim etmişdi.

Bakradze 1972-ci il iyulun 1-də Tbilisidə dünyaya gəlib. 1994-cü ildə Gürcüstan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirib. Eyni zamanda 1994-cü ildə Gürcüstan Texniki Universitetinin "Radiofizikanın nəzəri əsasları" ixtisası üzrə aspiranturasına daxil olub. 1995-1996-cı illərdə Gürcüstan-Amerika Dövlət İdarəçilik İnstitutunda təhsil alıb. 1997-1998-ci illərdə Gürcüstan Xarici İşlər Nazirliyində (XİN) silahsızlaşdırılma və silahlandırma üzərində nəzarət idarəsində rəis müavini vəzifəsində çalışıb, 1998-2000-ci illərdə isə bu idarənin rəisi olub.

2000-2002-ci illrədə o, Gürcüstan XİN-in Hərbi-Siyasi Departamentində direktor müavini kimi çalışıb. 2002-2003-cü illərdə Gürcüstan Milli Təhlükəsizlik Şurası (MTŞ) Aparatının təhlükəsizlik məsələləri üzrə xidmətində rəis vəzifəsini tutub. 2003-2004-cü illərdə Gürcüstan MTŞ Aparatının xarici siyasət təhlükəsizliyi və münaqişələr Departamıntinin direktoru olub. Bakradze 2004-cü ildə Gürcüstan MTŞ Aparatının siyasi təhlükəsizlik Departamentinin direktoru təyin edilib. O, paralel olaraq peşəkar hazırlıq kursları keçib: 1997-ci ildə İsveçrənin Beynəlxalq Münasibətlər İnstitutunda (Cenevrə), 1998-ci ildə Avropa təhlükəsizliyi məsələlərinin tədqiqi Mərkəzində (Almaniya) təhsil alıb. 2001-ci ildə isə NATO-nun Müdafiə Kollecini (Roma, İtaliya) bitirib.

2004-2007-ci illərdə o, Gürcüstan parlamentinin üzvü, Gürcüstan parlamentinin Avropa ilə inteqrasiya məsələri üzrə Komitəsinin sədri olub.

2007-ci il iyulun 19-da Gürcüstanın münaqişələrin nizamlanması məsələləri üzrə Dövlət naziri təyin edilib. 2007-ci ilin noyabrından 2008-ci ilin aprelinə qədər Bakradze Gürcüstan XİN-in rəhbəri olub.

Gürcüstan Silahlı Qüvvələrinin ehtiyatda olan leytenantı, fizika-riyaziyyat elmləri namizədidir.

David Bakradze evlidir, iki qız övladı var.

Xəbər lenti

Xəbər lenti