...

Azərbaycanda Gürcüstan vətəndaşlarından narkotik maddə götürülüb

Siyasət Materials 9 İyun 2008 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun/ Trend , müxbir E.Hüseynli/ Azərbaycan paytaxtında əcnəbi vətəndaşlarda narkotik maddə aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bazar ertəsi Trend -a bildiriblər ki, paytaxtın Səbail rayon Polis İdarəsinin əməkdaşları Gürcüstan vətəndaşları Merab Davaşvilidən 0,328 qram, Akaki Mtskazaraşvilidən 0,311 qram heroin götürüblər.

Trend -un arayışı: Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib ki, bu ilin birinci rübündə 11 Gürcüstan, 7 Rusiya, 5-i İran və1 Ukrayna vətəndaşı olmaqla, 24 əcnəbi vətəndaşdan 83 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb. Aprel ayında isə, əcnəbi vətəndaşların narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı faktlar artıb. Təkcə apreldə Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 39 əcnəbi vətəndaş saxlanılıb.

Bu ilin birinci rübündə hüquq-mühafizə orqanları və Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycanda 552 kiloqram narkotik maddə aşkarlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti