...

Azərbaycanın xarici işlər naziri Polşada rəsmi səfərdə olub

Siyasət Materials 13 İyun 2008 20:10 (UTC +04:00)

Azərbaycan,Bakı,13iyun/ Trend /Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarının dəvəti əsasında ikigünlük səfərlə bu ölkədə olub. Bu barədə Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətindən cümə günü bildiriblər.Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə görüşdə itərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunub. Polşalı nazir Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi butövlüyünü dəstəkləyən ölkəsinin qəti mövqeyini Məmmədyarovun diqqətinə çatdırıb. Sikorski Polşanın Azərbaycanla həm ikitərəfli, həm də Vışeqrad+GUAM, eləcə də Vışeqrad+Azərbaycan formatındaəməkdaşlıqda maraqlı olduğunu bildirib. Azərbaycanlı nazir səfər çərçivəsində Polşa Senatının marşalı Boqdan Boruseviçlə də görüşüb.Tərəflər iki ölkə arasında ticari -iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti