Azərbaycan, Bakı, 13 iyun/ Trend / Azərbaycanın prezidenti İlham Əliyev yaşilliqlarin salinmasi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqinda sərəncam imzalayıb.
Dövlət başçısının sərəncamına əsasən, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində ölkədə yaşıllaşdırma sahəsində xidmətlər göstərən, yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, müvafiq infrastrukturun inkişafı ilə bağlı digər işləri yerinə yetirən їAzərbaycan yaşıllaşdırma və landşaft quruluşuї Aııq Səhmdar Cəmiyyəti təsis edilsin.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində Cəmiyyətin dövlət qeydiyyatına alınması üıün zəruri tədbirləri həyata keıirsinlər.
Müəyyən edilsin ki, Naxııvan Muxtar Respublikasında bu Sərəncamın 1-ci bəndində göstərilən işlər və xidmətlər Naxııvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keıirilir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.