...

Azərbaycan alyansa qoşulmaq arzusunu bəyan edə bilər – NATO-nun nümayəndəsi (video)

Siyasət Materials 16 İyun 2008 12:42 (UTC +04:00)
Azərbaycan alyansa qoşulmaq arzusunu bəyan edə bilər – NATO-nun nümayəndəsi (video)

Azərbaycan, Bakı, 16 iyun/ Trend , müxbir S.Ağayeva/ Azərbaycan NATO üçün vacib tərəfdaşdır. Bu barədə bazar ertəsi Bakıda NATO-nun nümayəndəsi Diyeqo Ruiz Palmer jurnalistlərə bildirib.

"Azərbaycan NATO-nun "açıq qapılar siyasəti"ndən istifadə edə və alyansa qoşulmaq aruzusunu bəyan edə bilər", - Palmer qeyd edib. Onun sözlərinə görə, NATO Əfqanıstan və İraqda sülh və sabitliyin bərqərar edilməsində Azərbaycanın dəstəyini yüksək qiymətləndirir.

"Azərbaycan beynəlxalq təhlükəsizliyə töhfə verən ölkədir", - NATO-nun nümayəndəsi vurğulayıb.

Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də çərçivə sənədin - "Sülh naminə tərəfdaşlıq" proqramının imzalanması ilə qoyulub. Azərbaycan ATƏT-ə üzv 27 dövlətin arasında bu proqramın iştirakçısı olan ilk ölkələrdən biridir. 1996-cı ilin aprelində "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd imzalanıb və bu sənəd qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edib.

Hazırda Azərbaycan proqrama müvafiq olaraq öhdəsinə qoyulmuş təqribən 50 tərəfdaşlıq vəzifəsini yerinə yetirir. 2005-ci ilin avqustunda Azərbaycan prezidenti "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlığı üzrə Fəaliyyət Planının təsdiq edilməsi haqqında" fərman imzalayıb. Hazırda əməkdaşlıq Fəaliyyət Planının ikinci mərhələsi çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti