...

Azərbaycanın gələcək inkişaf perspektivləri Londonda müzakirə olunacaq

Siyasət Materials 17 İyun 2008 18:14 (UTC +04:00)
Azərbaycanın gələcək inkişaf perspektivləri Londonda müzakirə olunacaq

Azərbaycan, Bakı, 17 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda hazırda mövcud olan vəziyyət və ölkənin gələcək inkişaf perspektivləri Londonda müzakirə olunacaq. "İyunun 20-də Londonda Strateji Tədqiqatlar üzrə Beynəlxalq İnstitut, Böyük Britaniyanın London Dövlət Quruculuğu və Konfliktlərin Həlli üzrə Şəbəkəsi və Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi "Azərbaycanın tərəqqiyə aparan yolu-iqtisadi, siyasi və xarici siyasət çağırışları" adlı beynəlxalq konfrans keçiriləcək", - deyə çərşənbə axşamı Trend -a açıqlamasında Azərbaycan Prezidentinin İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

Onun sözlərinə görə, ilk dəfədir ki, Londonda Azərbaycanın inkişafına həsr olunan belə bir tədbir keçirilir. Konfrans dörd sessiyadan ibarət olacaq. Birinci sessiyada Azərbaycanın əsas enerji hasilatçısı və mühüm enerji nəqli ölkəsi kimi mövqeyi təhlil olunacaq. Bu sessiyada Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, "British Gas" şirkətinin nümayəndələri və digər aparıcı analitiklər, ekspertlər çıxış edəcəklər.

Aslanov qeyd edib ki, ikinci sessiyada Azərbaycanda iqtisadi islahatlar, davamlı inkişaf məsələləri və qeyri-neft sektorunun Azərbaycanın iqtisadi potensialında realizəsi müzakirə ediləcək. Sessiyada deputat Azər Əmiraslanov, "The Economists" jurnalı və "City Bank" -ın nümayəndələri Azərbaycanın inkişafı ilə bağlı fikirlərini bildirəcəklər.

Ücüncü sessiya Azərbaycanın müasir dövlət quruculuğu məsələlərini əhatə edəcək.

Azərbaycanın dövlət idarəçiliyi və demokratik təsisatların qurulması sahəsində çağırışlar müzakirə olunacaq. Bu mövzu üzrə Prezidentin İcra Apatarının şöbə müdiri Elnur Aslanov, ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herraro, Beynəlxalq Böhran Qrupundan Maqdalena Fritçeva, Azərbaycanın İnsan Hüquqları Fondunun prezidenti Tural Kərimli çıxış edcəklər.

Dördüncü sessiyada Azərbaycanın xarici siyasəti və Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq. Sessiyada Prezident yanında Strateri Araşdırmalar Mrkəzinin rəhbəri Elxan Nuriyev və İngiltərənin LİNKS təşkilatının icraçı direktoru Denis Sammut, NATO Parlament Assambleyasının keçmiş Baş katibi Simon Lon və London İqtisadiyyat Məktəbinin professoru Roy Elison çıxış edəcək.

"Birgünlük konfransda Azərbaycanın gələcək inkişaf istiqamətləri müzakirə olunacaq və bir sıra istiqamətlər təhlil olunacaq", -deyə Aslanov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti