Azərbaycan, Bakı, 18 iyun/ Trend / Azərbaycanın prezidenti İlham Əliyev iyunun 18-də Gürcüstan parlamentinin sədri David Bakradzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı və parlamentlərarası əməkdaşlğıın bu işdəki rolu xüsusi qeyd olundu. Azərbaycanla Gürcüstan arasında dövlət başçıları səviyyəsində keçirilən görüşlərin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və eləcə də birgə iqtisadi layihələrin həyata keçirilməsinin iki ölkə arasında münasibətlərin daha da genişlənməsi işinə töhfə verdiyi qeyd olundu.