...

Azərbaycan iqtidarı müxalifətlə dialoqa ehtiyac görmür

Siyasət Materials 23 İyun 2008 15:50 (UTC +04:00)
Azərbaycan iqtidarı müxalifətlə dialoqa ehtiyac görmür

Azərbaycan, Bakı, 23 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin sədr müavini hesab edir ki, iqtidarla müxalifət arasında dialoqun başlanmasına ehtiyac yoxdur. "Hazırda iqtidarla müxalifət arasında dialoqun başlanmasını zəruri edən hər hansı məsələ yoxdur", - deyə bazar ertəsi jurnalistlərə açıqlamasında parlamentin sədr müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova bldirib.

Trend -un arayışı: 2003-cü ildə keçirilən prezident və 2005-ci ilin parlament seçkiləri dövründə hakim Yeni Azərbaycan Partiyası, iqtidaryönlü partiyalar və müxalifət partiyaları arasında dialoq aparılıb. Baş tutan dialoqun təşəbbüskarı və təşkilatçısı ATƏT-in Bakı ofisi olub.

Azərbaycan müxalifətini təmsil edən Demokrat Partiyası prezident seçkilərinə görə, iqtidarla müxalifət arasında dialoqun başlanması təşəbbüsü ilə çıxış edib. Prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Muradova deyib ki, Azərbaycan əhalisinin əksəriyyəti hakimiyyətin həyata keçirdiyi siyasətdən razıdır və narazılıq yaradan hər hansı məsələ yoxdur. "Müxtəlif vaxtlarda, xüsusən də seçkilər ərəfəsində dialoq məsələsini gündəmə gətirən siyasətçilərin şəxsi maraqları var. Onların məqsədi hakimiyyət bölgüsü məsələsində maraqlarını təmin etmək, özlərinə daha rahat şərait yaratmaqdır. Həmin siyasətçilərin dialoq çağırışları səmimi deyil", - deyə vitse-spiker əlavə edib.

YAP 1992-ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildən artıqdır hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti