...

Məşvərət Məclisinin fəaliyyəti üçün sosial sifariş yoxdur" - Azərbaycanın iqtidaryönlu partiyasının sədri

Siyasət Materials 25 İyun 2008 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycanın iqtidaryönlü Ana Vətən Partiyası (AVP) Məşəvərət Məclisinin fəaliyyətinin gücləndirilməsini istəyir. "İndi qurumun elə bir fəaliyyəti nəzərə çarpmır və ümid edirik ki, seçki zamanı Məşvərət Məclisinin fəaliyyəti güclənəcək" - çərşənbə günü Trend -a AVP sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

Trend -un arayışı: Məşəvərət Məclisi AVP-nin təşəbbüsü ilə 1998-ci il prezident seçkisi ərəfəsində yaradılıb. Qurumda Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Sosial Rifah Partiyası, Demokratik Maarifçilik Partiyası, Respublikasılar Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Milli Dövlətçilik Partiyası və Azərbaycan Naminə Alyans Partiyası təmsil olunur. Bu il fevralın 28 - də Məşvərət Məclisinə sədrlik Demokratik Azərbaycan Dünyası Partiyasından alınaraq, Yeni Azərbaycan Partiyasına həvalə edilib. Bundan sonra qurumun fəaliyyətində ciddi dəyişikliklər olacağına ümidlər olsa da, özünü doğrultmayıb.

Ağamalı qurumun fəaliyyətsizliyi barədə geniş şərh vermək istəməyib. "Açığı, bu gün Məşvərət Məclisinin geniş spektrli fəaliyyəti üçün sosial sifariş yoxdur" - deyə Ağamalı bildirib. AVP sədri qurumun fəaliyyətində ciddi dəyişikliklərin olub-olmaması barədə suala cavab verməyib.

AVP 1990-cı ildə Ağamalı tərəfindən təsis olunub. Yarandığı gündən partiyaya Ağamalı sədrlik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti