...

Azərbaycanın bir qrup sahibkarı prezident seçkisi ilə bağlı mövqeyini açıqlayıb

Siyasət Materials 30 İyun 2008 14:58 (UTC +04:00)
Azərbaycanın bir qrup sahibkarı prezident seçkisi ilə bağlı mövqeyini açıqlayıb

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir E.Babayev/ Azərbaycanın 35 sahibkarlıq subyekti bu gün keçirdiyi toplantıda prezident seçkisi ilə bağlı bəyanatla çıxış edib. "Biz azad sahibkarların bir qrup nümayəndəsi olaraq hesab edirik ki, Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurlarda, eləcə də əhalinin sosial rifah halının yüksəldilməsində indiki prezident İlham Əliyevin müstəsna xidmətləri var. Bu səbəbdən bəyan edirik ki, növbəti 5 ildə Azərbaycanın prezidenti indiki dövlət başçısı İlham Əliyev olmalıdır", Trend -un məlumatına əsasən, bunu sahibkarların bazar ertəsi keçirilən mətbuat konfransında iş adamı Hacı Xəlil Qaraəhmədov bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyaları isə seçkidə İlham Əliyevin namiəzdliyini müdafiə etmək qərarı veriblər.

Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

Qaraəhmədov bildirib ki, sahibkarlar İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradıblar. Təşkilat Komitəsində "Messenant Holdinq", "Atlant MTK", "Mega Holding", Maarif Nəşriyyatı, "Condor" hüquq firması, "Masallı İstisu" və digər sahibkarlıq subyektləri var.

Təbdirdə sahibkarlar birgə müraciət qəbul ediblər. Müraciətdə sahibkarlar İlham Əliyevin namizədliyinin müdafiəsi istiqamətində fəaliyyətə başladıqlarını bəyan ediblər. Onlar bütün iş adamlarını, əmək kollektivlərini bu çağırışa qoşulmağa və İlham Əliyevin namizədliyini dəstəkləməyə səsləyiblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti