...

Azərbaycanda kriminogen durum daim nəzarətdə saxlanılır - daxili işlər naziri

Siyasət Materials 1 İyul 2008 11:53 (UTC +04:00)
Azərbaycanda kriminogen durum daim nəzarətdə saxlanılır - daxili işlər naziri

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın daxili işlər naziri bəyan edib ki, ölkədə kriminogen durum daim nəzarətdə saxlanılır. "On ildən çoxdur ki, Azərbaycanda kriminogen durum tamamilə nəzarət altındadır", çərşənbə axşamı jurnalistlərə daxili işlər naziri Ramil Usubov bildirib.

Trend -un arayışı: Bu ilin birinci rübündə daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla yerinə yetirilib, ölkədəki kriminogen durum nəzarətdə saxlanılıb.

Hesabat dövründə respublikada 4827 (2007-ci ilin müvafiq dövrü ilə müqayisədə +713 və ya 17,3%), o cümlədən daxili işlər orqanları tərəfindən 4638 (+647; 16,2% ) cinayət qeydə alınıb.

DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 1750-i (37,7%) böyük ictimai təhlükə törətməyən, 2347-i (50,6%) az ağır, 541-i (11,7%) ağır və xüsusilə ağır cinayətlər olub. Qeydə alınmış cinayətlərin strukturunda 1477 (2007-ci ilin 1-ci rübü ilə  müqayisədə +165 və ya 12,6%) şəxsiyyət əleyhinə, 1321 (+336; 34,1%) iqtisadi sahədə törədilən, onlardan 1300 (+337; 35%) mülkiyyət əleyhinə, 1673 (+148; 9,7%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 167 (-2; 1,2%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Nazir deyib ki, ölkədə cinayətkarlığa qarşı mübarizə, ictimai sabitliyin qorunması dönməz prosesdir. "Ötən il cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanları üçün uğurlu il olub, nəticələr yaxşıdır. Azərbaycan indiyə qədər MDB məkanında öz öncül yerini bu sahədə də qoruyub saxlayıb", nazir əlavə edib. Usubov deyib ki, son beş ildə Azərbaycan polisi müasirləşib, daha operativ fəaliyyət göstərməyə başlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti